Bakıda ağır qəzada 4 nəfər yaralandı
07 noyabr 2014 04:42 (UTC +04:00)

Bakıda ağır qəzada 4 nəfər yaralandı

0

Bu gecə Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Prospektdəki körpüdə hərəkət istiqamətlərindən birində təmir işləri getdiyi üçün avtomobillər yalnız metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət ediblər. "Mercedes" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən taksi kimi fəaliyyət göstərən "Lifan" markalı avtomobil əks yola çıxıb və maşınlar toqquşub.

 

Qəza nəticəsində "Lifan"ın sürücüsü 47 yaşlı Nizami İbrahimov və avtomobildə olan

sərnişinlər - 39 yaşlı Rüfət Qədirov, 32 yaşlı Ramin Əliyev və 28 yaşlı daha bir Ramin Əliyev ağır bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 848

Oxşar yazılar