Bakıda avtomobildə kişi meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 19-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəngərli rayon sakini Fərəc Əhmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti “Toyota" Prado markalı avtomobilində tapılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.