Avtomobillər qadınla kişini vurub öldürdü
22 oktyabr 2014 13:22 (UTC +04:00)

Avtomobillər qadınla kişini vurub öldürdü

0

Qaradağ və Tovuzda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-də saat 14 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini Nadir Həşimov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Etibar Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən keçinib.

 

Oktyabrın 21-də saat 15 radələrində Tovuz rayonunun Xatınlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaraxanlı kənd sakini Zöhrə Niftalıyeva vurulub. Z.Niftalıyeva hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı müvafiq olaraq Qaradağ Rayon Polis İdarəsində və Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 963

Oxşar yazılar