Bakıda oğurluq edən şəxsin digər əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2015-ci il fevral ayının 29-dan mart ayının 1-dək olan müddətdə Binəqədi qəsəbəsində Bakı şəhər sakini Eldar Həsənova məxsus “KamAZ” markalı avtomobildən akumulyator oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Əsəd Cavadzadə tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 1-də Əlimran Kərimova məxsus “KamAZ” markalı avtomobili qaçırması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.