Bakıda doğum evində <span style="color:red;">BİABIRÇI HADİSƏ
07 noyabr 2014 12:53 (UTC +04:00)

Bakıda doğum evində BİABIRÇI HADİSƏ

0

Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 6-da Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oturacağın üzərindən Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsini oğurlanıb. Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12093

Oxşar yazılar