Bakıda 5 otaqlı ev yandı
15 oktyabr 2014 05:47 (UTC +04:00)

Bakıda 5 otaqlı ev yandı

0

Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv. m olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə, evin mətbəxinin yanar konstruksiyaları, əşyaları 12 kv. m sahədə və dəhlizin yanar kostruksiyaları 4 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 812

Oxşar yazılar