Bakıda 48 yaşlı kişi intihar edib. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Firudin Ziyadxan oğlu Mürsəlov işlədiyi dəmirçi sexində özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.