Bakıda 3 otaqlı evdə yanğın baş verib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m2, çardağının yanar konstuksiyaları 80 m2 sahədə yanıb.Yüksək temperaturdan hamam otağının və dəhlizin lambirdən ibarət tavanı 5 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.