Bakıda 2 nəfəri həşərat sancıb, bir nəfəri gün vurub
10 iyul 2014 12:07 (UTC +04:00)

Bakıda 2 nəfəri həşərat sancıb, bir nəfəri gün vurub

“Son sutka iki nəfər həşərat sancması ilə əlaqədar təcili yardıma müraciət edib”.  Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. O qeyd edib ki, həmin şəxslərdən bir nəfəri xəstəxanaya yerləşdirilib. O . Şahmalıyev bildirib ki, günvurma hadisəsi ilə bağlı bir nəfər tibbi yardıma müraciət edib. “Sudaboğulma faktı isə qeydə alınmayıb”-deyə, baş həkimin müavini əlavə edib.

 

Baş həkimin müavini onu da bildirib ki, tibbi yardıma edilən müraciətlərin sayında artım müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar