Bakıda 22 yaşlı qız faciəvi şəkildə öldü
17 oktyabr 2014 10:27 (UTC +04:00)

Bakıda 22 yaşlı qız faciəvi şəkildə öldü

0

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Seyidbəyli küçəsi 32, mənzil 21 ünvanında 1992-ci il təvəllüdlü Mamıyeva Aysel Faiq qızı dəm qazından boğulub. 22 yaşlı A.Mamıyeva hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerində keçinib. Onun meyitini yaxınları aşkarlayıblar.

 

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənc əslən Şəki rayonundandır və orada dəfn olunacaq.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğu araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3888

Oxşar yazılar