Bakıda 19 yaşlı oğru tutulub
16 oktyabr 2014 13:21 (UTC +04:00)

Bakıda 19 yaşlı oğru tutulub

Bakıda bir çox oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Taleh Vaqif oğlu Xəlilov tutulub.

Araşdırma nəticəsində məlum olub ki, Taleh Vaqif oğlu Xəlilov oktyabrın 12-də Balaxanı qəsəbəsi Q.Salahov küçəsində, Pənah Burcəliyevə məxsus “VAZ-2106” markalı avtomobildən maqnitafon və sənədlər, sentyabrın 19-na keçən gecə Ramana qəsəbəsində, Telman Babayevə məxsus “Mercedes” markalı avtomobildən 900 manat, sentyabrın 27-də Sabunçu qəsəbəsində, Elvin Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən maqnitafon, 2 ədəd səsgücləndirici, oktyabrın 7-də Sabunçu qəsəbə ərazisində Böyükşor şossesində, Ruslan Kərimova məxsus “Oka” markalı, Bəylər Əliyevə məxsus “VAZ-21074” markalı avtomobildən iki ədəd səsgücləndirici, Yalçın Şərifova məxsus “VAZ-21099” markalı avtomobildən isə maqnitafon qarət edib.

Bundan əlavə, o, avqustun 6-dan 14-dək olan müddətdə Ə.Bağırov küçəsində kirayədə yaşayan Südabə İsgəndərovanın evindən, qapını sındımaqla qızıl-zinət əşyaları, sentyabrın 2-də Balaxanı qəsəbəsində, Şamil Aslanovun evindən 950 manat və 1500 ABŞ dolları, oktyabrın 11-nə keçən gecə, Ramana qəsəbəsində, Sənan Musayevin evindən 300 metr elektrik naqili oğurlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Tengiz Məmmədov

Oxşar yazılar