Ötən gecə Sabunçu rayon ərazisində 17 yaşlı gənçin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, 13-cü polis bölməsinin inzibatı ərazisində qeydə alınıb. Bir necə gənc aralarında yaranan mübahisəni həll etmək üçün bir yerə yığışıblar. Bu zaman 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs tərəfindən bıçaqlanıb. Davada iştirak edən şəxslərin dindar olduqları, mütəmadi olaraq məscidlərdə görüşdüyü bildirilir. Mərhumun qohumları isə hadisənin dini zəmində baş verdiyini inkar ediblər. Mərhum Şamo Yusifovun dindar olduğu bildirilsə də, hadisənin dini motivində baş verdiyi ehtimal olunmur.
Mərhumun əmisi Bəhman Yunusov bıçaqlanma hadisənin gödəkcələrin dəyişdirilməsi üstündə baş verdiyini deyib: “Bildiyim odur ki , öz aralarında gödəkcələrini dəyişmək istəyiblər. Sakit uşaqdır, namaz qılandır. Kənardan biri gəlib müdaxilə edib. Bu da deyib ki, çıx get, sənlik deyil. Mübahisə düşüb, gələn şəxs Şamonu bıçaqla vurub”.
Sabunçu rayon Polis İdarəsindən
APA TV-yə bildiriblər ki, hadisəni törətməkdə təqsirli bilinən şəxs artıq müəyyən edilib. İstintaq araşdırmaları getdiyindən saxlanan şəxsin adı hələlik açıqlanmır. Faktla bağlı daha iki nəfərin də idarədə saxlanıldığı bildirilir.
Xatırladar ki, Şamo Yunisov hadisədən sonra döş qəfəsinin ön divarının orta hissəsinə daxil edən bıçaq xəsarəti Sabunçu rayon xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
***
10:31
Bakıda qətl törədilib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ş. Yunisovu xilas etmək mümkün olmayıb.
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.