Bakı yaxınlığında dəmir yolu postu yanıb
25 iyul 2014 18:02 (UTC +04:00)

Bakı yaxınlığında dəmir yolu postu yanıb

Abşeron rayonunda dəmir yolu postunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Azərbaycan Dövlət Dəmir yolu QSC-yə məxsus Güzdək Dəmir Yol stansiyasının ümumi sahəsi 45 kv.m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar