Bakı sakinindən 3 kq narkotik götürüldü
14 mart 2016 13:39 (UTC +04:00)

Bakı sakinindən 3 kq narkotik götürüldü

Mərdəkan sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Rövşən Məhərrəmovdan 3 kiloqram 10 qram marixuana götürülüb. Onun yaşadığı evin həyətinə baxış zamanı isə əlavə olaraq 5 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar