Bakı sakini silah satarkən tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sergey Şumenko “AK” markalı silahı satmaq istəyərkən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.