Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası artıq yekunlaşıb. Artıq yol ötürücüləri sürücülərin ixtiyarına verilib. Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.
Lent.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, sovet dövründə inşa olunan yol ötürücülərdən fərqli olaraq 399.1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir. 1-ci körpünün uzunluğu 109.6, eni 15.5 metr, 2-ci körpünün uzunluğu 105.1, eni 13.5 metr, 3-cü körpünün uzunluğu 105.1, eni 16.0 metr, 4-cü körpünün uzunluğu 39.3, eni 13.0 metr, 5-ci körpünün uzunluğu 40.0, eni isə 15.0 metrdir. Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib. Yan yolun ümumi uzunluğu 2345 metr, eni isə 14.75 metrdir.
Qeyd edək ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyat vasitələrinin keçidi təmin etmək üçün yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.