Bakı-Quba yolunda qəza: 1 ölü
05 noyabr 2013 15:08 (UTC +04:00)

Bakı-Quba yolunda qəza: 1 ölü

Bu gün Bakı-Quba Rusiya federasiyası yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Zahid Məcidov idarə etdiyi “Nissan Maxsima” markalı avtomaşınla yolu keçmək istəyən piyada, Quba rayonu Birinci Nügədi kənd sakini, 1955-ci il təvəllüdlü Musayev Nailə Qafar qızını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar