Bakı-Quba yolunda 24 yaşlı gənci avtomobil vurub.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə , hadisə magistral yolun Abşeron rayonunun Saray qəsəbəsinə düşən hissədə baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədli Rövşən Ramiz oğlu Saray qəsəbəsində "Pəhləvanların" obyekti deyilən ərazidə yolu keçərkən qarşı tərəfdən sürətlə gələn avtomobil ilə vurulub. Gənc zərbənin gücündən, təqribən, 100 metr aralı düşüb.
Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılan gəncin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.