Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı
04 may 2015 13:07 (UTC +04:00)

Bacıoğlu dayısı ilə birgə “Luxus”u qaçırdı

0

Bakıda avtomobil qaçırmış şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, mayın 3-də saat 06.00 radələrində H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb. Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.

 

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib.

 

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar