Azərbaycan Dövlət Televiziyası və Radiosunda çalışmış diktor Rəna Məmədova noyabrın 9-na keçən gecə vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a saytına “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı məlumat verib. Onun sözlərinə görə 74 yaşlı keçmiş diktor xəstə yatırmış.
Rəna Məmmədova 50 ilə yaxın müddətdə Azərbaycan Dövlət Televiziyası və Radiosunda diktor işləyib. 2006-cı il noyabrın 4-də Prezidentin sərəncamı ilə ona “Əməkdar artist” fəxri adı verilib.
Mərhumun cənazəsi bu gün günorta Təzəpir məscidindən qaldırılıb və Novxanı qəbiristanlığında dəfn olunub.
AzTV-nin keçmiş diktoru vəfat edib
3521