İnterpol dələduzluqda təqsirləndirilən daha bir azərbaycanlı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, 1971-ci il təvəllüdlü Rafiq Əliyev Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda təqsirləndirilərək istintaqa cəlb edilib.
R.Əliyev istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb. Həmin qərar İnterpola təqdim edilib və qurum həmin qərar əsasında R.Əliyev barədə beynəlxalq axtarış elan edib.