30 yaşlı kişi əmisini güllələdi - YENİLƏNİB
Ağstafada baş verən güllələnmə ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O, bildirib ki, oktyabrın 31-i Ağstafa rayonu ərazisində Yusif Əlləzov və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldıqları xəsarətlə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
K. Zeynalov qeyd edib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib: “İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. S.Məmmədov artıq istintaqa cəlb olunub. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
14:48
Ağstafada silahlı insidenti törədən şəxsin kimliyi müəyyənləşib.
APA-nın yerli bürosnun məlumatına görə, bu, 1989-cu il təvəllüdlü Sərxan Məmmədovdur. Onun saxlanılması istiqamətində tədbirlər görülür.
***
14:30
Ağstafada silahlı insident olub.
APA-nın yerli bürosnun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndinə qeydə alınıb. Kənd sakinləri, 51 yaşlı Qabil Məmmədov və onun həmkəndlisi, 60 yaşlı Yufis Ələcov güllə yarsı ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxandan APA-ya yaralıların vəziyyətinin normal olduğu bildirilib.
Hadisənin torpaq üstündə Q.Məmmədovun qardaşı oğlu tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1002