Azərbaycanın bu istirahət mərkəzində pasient prosedur zamanı keçindi
26 oktyabr 2019 13:58 (UTC +04:00)

Azərbaycanın bu istirahət mərkəzində pasient prosedur zamanı keçindi

 
Lənkəranda sanatoriyada ölüm hadisəsi baş verib.
 
Lent.az trend-ə istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Palıdlı sahil" istirahət Mərkəzində qeydə alınıb.
 
Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Ağayev Elbrus Əsgər oğlu istirahət mərkəzinin birinci mərtəbəsindəki vanna otağında yod-brom vannası qəbul edərkən qəfil vəziyyəti pisləşib. E.Ağayev vannada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415
avatar

Oxşar yazılar