Bu gün Goranboy rayonunun Ağcakənd kəndində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, kənd ərazisində sərnişinlə dolu mikroavtobus aşıb. Avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 4 nəfərinin xəsarəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.
Ağcakənd kəndi işğal altında olan Xocalı rayonunun müvəqqəti inzibati mərkəzi olduğuna görə hadisə yerinə Xocalı RPŞ-nin əməkdaşları çıxıb.
Faktla əlaqədar araşdırmalar aparılır.