Azərbaycanda qadının evinə ilanlar doluşub
12 iyul 2014 19:25 (UTC +04:00)

Azərbaycanda qadının evinə ilanlar doluşub

Lənkəran şəhər sakini Elmira Əliyevanın rahatlığı iki ildir ki, pozulub.

 

APA-nın cənub bürosuna verdiyi məlumata görə, ilanlar ona məxsus fərdi yaşayış evini özlərinə məskən salıb. Son bir neçə gün ərzində isə Elmira xanım 6 ilanı öldürərək  onları sübut kimi şəhərin aidiyyəti qurumlarına aparıb.

 

Aidiyyəti qurumlar Elmira Əliyevanın müraciətindən sonra onun evindəki mövcud vəziyyətlə yerindəcə tanış olublar. Həyətdə dezinfeksiya və dərmanlama tədbirləri görülüb. Lakin bütün bunların heç bir faydası olmayıb. İlanlar yenə əvvəlki kimi dərmanın üstündəcə gəzib dolaşırlar və heç nə onlara təsir etmir. Ev sahibi indinin özündə də evinin damında ilanların məskunlaşdığını deyir və onların uşaqlara xəsarət yetirməməsi üçün gecələr yatmadığını bildirir.

 

Elmira Əliyeva üzünü aidiyyəti qurumlara tutaraq onlardan rahatlığının təmin edilməsini diləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5759
avatar

Oxşar yazılar