Azərbaycanda qadını oğurlayan şəxs yaxalandı
21 oktyabr 2014 10:39 (UTC +04:00)

Azərbaycanda qadını oğurlayan şəxs yaxalandı

0
Rusiya paytaxtında beynəlxalq axtarışda olan azərbaycanlı yaxalanıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, təqsirləndirilən şəxs Azərbaycanda olarkən bir qadını oğurlayıb və onu zorla bir neçə gün saxlayıb. Fakt üzrə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Həmin şəxs Rusiya Federasiyası ərazisində gizlənməyə nail olsa da, Moskvanın cənub-şərqində yaxalanıb. Hazırda onun Rusiya ərazisində cinayət törədib-törətmədiyi araşdırılır və Azərbaycana ekstradisiyası nəzərdən keçirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1542

Oxşar yazılar