Azərbaycanda polisin avtomobili qatarın altında qaldı: <span style="color:red;">ölən var  - YENİLƏNİB
10 iyun 2014 16:45 (UTC +04:00)

Azərbaycanda polisin avtomobili qatarın altında qaldı: ölən var - YENİLƏNİB

0

Yexlax rayonu ərazisində avtomobillə qatar toqquşub. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün 11:30 radələrində baş verib. 

Yevlax rayon Polis Şöbəsinin əməkdaşı, 24 yaşlı Ruslan Quliyevin idarə etdiyi avtomaşınla dəmir yol xəttini keçmək istəyərkən qəza olub. Qatar "Chevrolet Niva" markalı avtomobili əzərək kənara atıb. Hadisə nəticəsində rayonun Nemətabad kənd sakini Elməddin Həsənov yerindəcə dünyasını dəyişib. Avtomobili idarə edən Ruslan Quliyev isə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu deyir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6577

Oxşar yazılar