Azərbaycanda nəhəng qartal tutulub
15 oktyabr 2014 15:10 (UTC +04:00)

Azərbaycanda nəhəng qartal tutulub

0

Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.  Belə ki, kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə dalaşan zaman onlardan birinin qanadı qırılıb və o dəstədən ayrılaraq kənd sakini Vahid  Ağayevin həyətinə düşüb.  Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların birgə köməyi ilə qartalı tutaraq  bağlayıblar.

 

Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini  və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər. Onların sözlərinə görə, vəhşi  quş əlaqədar təşkilatlara təhvil veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9623

Oxşar yazılar