Lənkəranda 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları zərərsizləşdirilib. Daxili İşlər Nazirliyindən (DİN) Lent.az-a verilən xəbərə görə, rayonun Səpnəkəran kənd orta məktəbinin istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.
Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından DİN-in Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.