Azərbaycanda mağaza sahibi bazarda öldü
Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.
Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, hadisə "Oğuz Mərkəzi Bazar" Məhdud Məsuliyyətli Cəmiyyətdə baş verib.
Ticarət Mərkəzində toxum satışı ilə məşğul olan mağazanın sahibi Fərəc Fərəcovun halı qəfil pisləşib.
Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
F.Fərəcov mağazada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
1233