Azərbaycanda iki vəzifəli şəxs cəzalandırıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Meqa-Siti Holdinq” MMC-nin vəzifəli şəxsləri - Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, "Meqa-Siti Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin payçısı Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
Cinayət işində 33 zərərçəkmiş var. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
1572