Azərbaycanda əməliyyat zamanı 2 polis bıçaqlandı
23 mart 2017 16:37 (UTC +04:00)

Azərbaycanda əməliyyat zamanı 2 polis bıçaqlandı

Şirvanda polisin keçirdiyi əməliyyat vaxtı 2 polis xəsarət alıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum oluinmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

 

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar