Oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bünyadlı kəndində Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüb. Hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.