Azərbaycanda daha bir şəxsi ilan sancdı
03 iyun 2016 00:33 (UTC +04:00)

Azərbaycanda daha bir şəxsi ilan sancdı

Tovuz rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Sahib oğlu Qasımov həyətyanı təsərrüfatında işləyərkən ilan onun sağ baldır nahiyəsindən sancıb. O dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona ilan əleyhinə zərdab vurulub.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar