Azərbaycanda gənc ana 8 yaşlı qızını götürüb evdən niyə qaçdı? YENİ XƏBƏR
İtkin düşən gənc qadınlar bağlı yeni məlumatlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı Şəki rayonu Böyük Dəhnə kənd sakini Fatma Allahverdiyeva rayonun Baş Küngüt kənd sakini ilə ailəli olub. Əri ruhi xəstə imiş. Ailədə söz söhbətlər olduğu üçün Böyük Dəhnə kəndinə ata evinə qayıdıb. Özü ilə apardığı qızından əlavə bir oğlu da var. Oğlunu isə özü ilə götürməyib. Onun hansı səbəblə və hara getdiyi bilinmir.
saat: 09:06
Şəkidə ana azyaşlı övladı ilə birlikdə itkin düşüb.
Rayonun Böyük Dəhnə kəndində oktyabrın 26-da kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fatma Əliş qızı 2011-ci il təvəllüdlü qızı Allahverdiyeva Arzu Bəhruz qızı ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
(Trend)
3669