Azərbaycanda bu gün
20 mart 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

20 mart

 

1739. Nadir şah Dehlini tutub

 

1831. Şar generalı Paskeviçin qoşunu Lənkəranda Mir Həsən xanın başçılıq etdiyi üsyançıları məğlub edib

 

1899. Dramaturq Cəfər Cabbarlı anadan olub

 

1919. Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin qərarı ilə İsmayıl Xan Ziyadxanov başda olmaqla İrana fövqəladə diplomatik missiya göndərilib

 

1920. Azərbaycan və İran arasında dostluq və sülh haqqında müqavilə imzalanıb (ümumilikdə 7 sənəd). Müqaviləyə əsasən, İran hökuməti Azərbaycanın müstəqilliyini de-yure tanıyıb

 

1920. Sosialist-nazir Ə.Pepinov Azərbaycan parlamentinin iclasında Fəhlə Klubunun bağlanması və keçirilmiş həbslərlə bağlı etiraz bəyanatı verib. Onun bu bəyanatını təcili müzakirə etmək təklifini hökumət üzvlərinin əksəriyyəti rədd edib

 

1930. Akademik Fərəməz Maqsudov anadan olub

 

1938. Ədalət partiyasının sədri İlyas İsmayılov anadan olub

 

1942. Şair Zahid Xəlil anadan olub

 

1994. Əməkdar artist Mirvari Novruzova vəfat edib.

 

# 713
avatar

Oxşar yazılar