Azərbaycanda arvadının qulağını kəsən kişidən YENİ XƏBƏR
07 may 2014 15:29 (UTC +04:00)

Azərbaycanda arvadının qulağını kəsən kişidən YENİ XƏBƏR

Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Astara rayon sakini Çingiz Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


 

APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar vermək), 145.2.5 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yaratmaqla qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6 (silahdan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə təqsirli bilinir.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə N. Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3731
avatar

Oxşar yazılar