Azərbaycanda 3 qadın göbələkdən zəhərlənib
14 oktyabr 2014 11:28 (UTC +04:00)

Azərbaycanda 3 qadın göbələkdən zəhərlənib

0

Balakən rayonunda üç nəfər göbələkdən zəhərlənib.  Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhər sakini, 1991-ci  il təvəllüdlü Gülmira Rəfail qızı Qarayeva, rayonun Tülü kənd sakini, 1982-ci il təvəllüdlü, Zeynəb Əhməd qızı Bayramova və rayonun Qazma kənd sakini, 1972-ci il təvəllüdlü Əzizə Rəşid qızı Rəşidova  oktyabrın 13-ü axşam saatlarında  zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkim araşdırması və müayinəsindən sonra məlum olub ki, hər üç şəxs  göbələkdən zəhərlənib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

 

Gülmira Qarayevanın vəziyyəti nisbətən ağır olduğu üçün Respublika Toksikoloji Mərkəzinə göndəriləcək.

 

Qeyd edək ki, son 4 gündə Zaqatalada rayonunda da iki nəfər göbələkdən zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 715

Oxşar yazılar