<b>Pilotlarımız "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində </b>
31 may 2016 14:41 (UTC +04:00)

Pilotlarımız "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində

0

 

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

 

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.

 

 

Təlim iyunun 10-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar