Azərbaycan Beynəlxalq Bankı yazılanlara aydınlıq gətirdi
19 noyabr 2014 20:34 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı yazılanlara aydınlıq gətirdi

0

ABB mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, mütəmadi monitorinq zamanı Rusiya Mərkəzi Bankı tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan "ABB-Moskva" bankının müştərisinin əməliyyatı barədə hesabatın  göndərilməsində gecikmə aşkarlanıb.

 

“Bu pozuntu bankın fəaliyyəti müddətində ilk hal olduğundan qəsdən edilmədiyi və az əhəmiyyətli olduğu üçün, habelə pozuntunun törədilməsinə təsir edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib”,- deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Rusiya Federasiyası İnzibatı Hüquqpozmalar Məcəlləsinə əsasən, movcud hüquqpozmaların ağırlıq və onun ictimai təhlikəlilik dərəcəsindən, hüquqpozmanın baş vermə şəraitindən və digər texniki səbəblərdən asılı olmayaraq Mərkəzi Banka qanunun pozulmasına görə inzibati tədbirlər görmək səlahiyyəti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1137

Oxşar yazılar