Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi iş adamı kimdir?
10 noyabr 2014 12:11 (UTC +04:00)

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi iş adamı kimdir?

0

Azərbaycan avstriyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, Avstriya vətəndaşı, 67 yaşlı Reyter Maksimilyan Pottenşteyn vergidən yayınmada təqsirləndirilir. Azərbaycanı tərk etdiyi üçün hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edib.

 

APA-nın əldə etdiyi məlumata görə, Reyter Maksimilyan Pottenşteyn Azərbaycanda bizneslə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7224

Oxşar yazılar