[b]Avtomobillərdən silsilə oğurluq edən şəxs tutuldu[/b]
15 mart 2019 15:42 (UTC +04:00)

[b]Avtomobillərdən silsilə oğurluq edən şəxs tutuldu[/b]

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb. Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonlarından pul, telefon və digər qiymətli əşyalar oğurladığı məlum olub. R.Tağıyevin ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib. 
 
Qeyd edilən faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və R.Tağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15