Avtomobildən düşəndə digər maşının altında qaldılar
25 sentyabr 2016 15:02 (UTC +04:00)

Avtomobildən düşəndə digər maşının altında qaldılar

0

Salyanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, süd zavodunun yaxınlığında qeydə alınıb.

İmişli sakini, 25 yaşlı Rövşən Səfər oğlu İbrahimiv və Masallı rayon sakini, 27 yaşlı Salman Əliağa oğlu Hüseynov avtomobildən düşərək yolu keçmək istəryərkən digər avtomobil onları vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra onlar Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar