Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Mirəli Qaşqay küçəsi 71 ünvanında "Toyota Land Crusier" markalı avtomobildən ümumi dəyəri 8300 manat olan "Vertu" və "Nokia" markalı telefonları oğurlayan şəxsi müəyyən edərək saxlayıb. APA TV-nin xəbərinə görə, müstəntiq Mübariz Süleymanov deyib ki, saxlanan şəxsdən həmin telefonlar aşkarlanıb.
Əvvəllər məhkum olunan Bağırov Elnur Elxan oğlu idarədə törətdiyi cinayəti etiraf edib. İstintaq hesab edir ki, bu, onun Nərimanov rayon ərazisində ilk əməli deyil.
Fakta bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.