Avtomobil və motosiklet qaçırmış 6 nəfər tutulub
07 mart 2016 13:24 (UTC +04:00)

Avtomobil və motosiklet qaçırmış 6 nəfər tutulub

0

Bakıda avtomobil qaçırmış şəxslər polis tərəfindən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 16-da Binəqədi rayonu ərazisindən qaçırılmış İntizam Mehdiyevə məxsus “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Lənkəran rayon sakini Zabit Nəzərov, sərnişinləri İlqar Quliyev və İsa Nəzərov Salyan RPŞ-yə təhvil veriliblər.

 

Bundan başqa Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Niyaməddin Cəfərova məxsus “Hauje HJ 110-2” markalı motosikleti qaçırmış Kürdəxanı qəsəbə sakini Emil Qurbanov tutulub.

 

Daha bir motosiklet isə Yevlaxda qaçırılıb. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də rayon sakini Əziz Məmmədova məxsus motosikleti oğurlamış həmyerliləri Vüsal Mehdiyev və Asif Allahverdiyev tutulub.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar