Avtomobil qaçıran şəxs tutuldu
24 iyul 2018 11:19 (UTC +04:00)

Avtomobil qaçıran şəxs tutuldu

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

 

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 23-də saat 16 radələrində Sumqayıt şəhər sakini Elvin Vəliyevin “Moskviç” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırılması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Hacıqabul rayon sakini Tərlan Ağazadə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar