Gömrükçülər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Gəncə-Şəmkir şossesinin 13 km-də “Mercedes-Benz” markalı, 99 HZ 620 nömrəli nəqliyyat vasitəsi saxlanılıb.
Həmin nəqliyyat vasitəsini idarə edən Göygöl rayon sakini Mahir Məmmədova məxsus avtobusa baxış zamanı avtobusun yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 1000 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.