Avtobusda qadının cibinə girmək istəyən şəxs tutuldu
02 mart 2016 14:21 (UTC +04:00)

Avtobusda qadının cibinə girmək istəyən şəxs tutuldu

0

Bakıda oğurluq etməyə cəhd göstərmiş Cəlilabad sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevral ayının 29-da 20 saylı xətt avtobusunda Abşeron rayon sakini Sevinc Talıbovanın cibindən oğurluq etməyə cəhd göstərmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Babayev tutulub. Ondan 0,215 qram heroin götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar