Avtobus qəzası ilə bağlı  FHN-nin məlumatı
31 oktyabr 2014 00:27 (UTC +04:00)

Avtobus qəzası ilə bağlı FHN-nin məlumatı

0
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
 
Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda “İVECO” markalı sərnişin avtobusu yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük avtomobili ilə toqquşub. Nəticədə, avtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və  aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 21:25-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 785

Oxşar yazılar