ATƏT təmsilçisi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
11 sentyabr 2017 18:41 (UTC +04:00)

ATƏT təmsilçisi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb

0
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.
APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri  Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar